Türkiyədə ard-arda iki zəlzələ baş verib
Bu barədə "Report" Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadla xəbər verir.
Qeyd olunub ki, ilk hadisə yerli vaxtla saat 08:01-də Yedisu (Bingöl) bölgəsində 4,4 bal gücündə qeydə alınıb. Zəlzələnin dərinliyi 7 km olub.
40 dəqiqə sonra, yerli vaxtla 08:41-də Sındırgı (Balıkesir) bölgəsində isə dərinliyi 14,93 km olan 3,1 bal gücündə yeraltı təkanlar baş verib.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram