avatar
Baku TV
@bakutvxeber
22.05.2026 20:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramı günüdür.

Bu münasibətlə onları təbrik edir, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri önəmli fəaliyyətlərində uğurlar arzulayırıq.

@bakutvxeber
👍 3
2 468
avatar
Baku TV
@bakutvxeber
22.05.2026 20:01
Bu gün Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin anadan olmasının 65 illiyidir

@bakutvxeber
3
👍 3
4 442
avatar
Baku TV
@bakutvxeber
22.05.2026 17:30
WUF13 dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb

176 ölkədən 57 000-dən çox iştirakçını bir araya gətirən forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.

Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi bu mötəbər tədbirlə Bakını şəhərlərin gələcəyi, mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq mərkəzə çevirib. Bu baxımdan, WUF13-ün Bakıda keçirilməsi yalnız region üçün deyil, bütövlükdə qlobal urbanizasiya gündəliyi üçün də əlamətdar hadisə hesab olunur.

"Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum çərçivəsində dünyanın ən aktual problemlərindən biri olan mənzil böhranı əsas müzakirə mövzularından biri olub. BMT-nin qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. Məhz bu səbəbdən WUF13 praktiki həllərin müzakirəsi və dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformaya çevrilib.

@bakutvxeber
👍 1
681
avatar
Baku TV
@bakutvxeber
22.05.2026 16:55
"Bakı Fəaliyyətə Çağırış"da innovativ WUF13-ə görə Azərbaycana təşəkkür edilib

Sənəddə "Bakı Fəaliyyət Çağırış"ın WUF13 ərəfəsində aparılmış aylarla davam edən işin və maraqlı tərəflərlə geniş məsləhətləşmələrin nəticəsi olduğu vurğulanır.

Sənədin müəllifləri əldə olunan irəliləyişi qeyd edərək, WUF çərçivəsində bu yanaşmanın daimi praktikaya çevrilməsinə çağırıblar. Onlar forumdan əvvəl və sonra məsləhətləşmələrin aparılmasını, bütün maraqlı tərəflərlə sistemli əməkdaşlıq mexanizminin qurulmasını və bunun vasitəsilə davamlılıqla hesabatlılığın təmin edilməsini vacib sayırlar.

@bakutvxeber
👍 2
1
1 642
avatar
Baku TV
@bakutvxeber
22.05.2026 16:32
Dana Uaytdan Bakı ilə bağlı azarkeşlərə çağırış

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Baku Tv"yə verilən məlumata görə UFC prezidenti Dana Uayt "UFC Fight Night Baku" turniri azarkeşlərinə çağırış edib.

Qurum rəhbəri azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq döyüşləri izləməyə çağırıb.

@bakutvxeber
👍 3
1
1 1 629
avatar
Baku TV
@bakutvxeber
22.05.2026 15:44
Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək".

@bakutvxeber
👍 3
1 672
avatar
Baku TV
@bakutvxeber
22.05.2026 15:42
Bəhreyn Kralı İlham Əliyevi təbrik edib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm".

@bakutvxeber
👍 3
636
avatar
Baku TV
@bakutvxeber
22.05.2026 14:16
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) son günündən görüntülər

@bakutvxeber
👍 2
1 643

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram