avatar
Baku TV
@bakutvxeber
25.04.2026 20:43
Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi

Bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.

“2022-ci ildən bəri Azərbaycan dəfələrlə Ukrayna xalqına dəstək olmaq üçün öz töhfəsini verib. Xüsusilə enerji sistemimizi daimi hücumlar altında işlətməyə kömək edən yüksəktutumlu generatorlar, transformatorlar və vacib avadanlıqlar da daxil olmaqla, 45 milyon dollardan çox humanitar yardım göstərib.

Uşaqlarımıza dəstək də eyni dərəcədə vacibdir. 500-dən çox ukraynalı uşaq Azərbaycan ərazisində bərpa proqramlarında iştirak edib - bu, müharibə dövründə xüsusilə dəyərli bir şeydir.

Biz bu həmrəyliyi dərindən qiymətləndiririk, çünki bu, Ukraynanın möhkəm dayanmasına və irəliləməsinə kömək edir”,

- nazir bildirib.

@bakutvxeber
👍 2
👏 1
1 1 1.1K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram