avatar
Baku TV
@bakutvxeber
25.04.2026 10:08
Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib

XİN-dən verilən məlumata görə, iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.

Qeyd edilib ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.

@bakutvxeber
👍 3
1
1.4K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram