Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 2 bürünc medalla başa vurublar
Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.
"Report" xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda qarşılaşmada türkiyəli Beyza Akkuşa 2:4 hesabı ilə uduzub.
B. Soltanova digər güləşçimiz Ruzanna Məmmədova (62 kq) ilə eyni göstəricini təkrarlayıb.
Bununla da Azərbaycanın qadın güləşçiləri qitə birinciliyini 2 bürünc medalla başa vurublar. Daha əvvəl Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram