‼️"SOCAR Trading": Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Trading" şirkətinin kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.
Onun sözlərinə görə, dünya son altı ildə "super dövr" adlandırıla biləcək mürəkkəb bir mərhələdən keçir: "Səudiyyə Ərəbistanında baş verən hadisələr, ardınca koronavirus (COVID-19) pandemiyası və Rusiya-Ukrayna münaqişəsi qlobal iqtisadiyyata ciddi təsir göstərib. Hazırda isə dünya neft tədarükü üçün ən kritik nöqtə sayılan Hörmüz boğazındakı müharibə şəraiti ilə üz-üzədir. Boğazı bağlanması illərdir dərsliklərdə və araşdırmalarda ən ekstremal ssenari kimi müzakirə olunurdu. İndi biz bu ssenarinin reallığa çevrildiyi ikinci ayı geridə qoyuruq".
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram