avatar
Baku TV
@bakutvxeber
22.04.2026 21:21
İlham Əliyev: Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb

Prezident İlham Əliyev bildirib ki, Latviya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri dostluq əlaqələrini daha da möhkəmləndirəcək.

Bu barədə Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq", - paylaşımda vurğulanıb.

@bakutvxeber
👍 2
1 1.1K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram