avatar
Baku TV
@bakutvxeber
22.04.2026 21:11
Bakının bəzi yollarında təmir işləri həyata keçiriləcək

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd edilib ki, Nəriman Nərimanov prospektində (Abdulla Şaiq küçəsində yerləşən geriyədönmə hissəsindən Qurban Xəlilov küçəsi istiqamətinə qədər), Təbriz küçəsində (K.Rəhimov küçəsi ilə Həsənoğlu küçəsi arasında olan hissədə - Nərimanov metrosu istiqaməti) təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunan işlərlə əlaqədar olaraq, 22 aprel saat 23:00-dan 23 aprel saat 17:00-dək göstərilən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

@bakutvxeber
👍 2
1
1.2K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram