avatar
Baku TV
@bakutvxeber
22.04.2026 11:57
‼️Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dövlət İmtahan Mərkəzi aprelin 26-da Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

@bakutvxeber
5
1.2K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram