22 aprel - Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 80 illiyidir
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.
Erməni silahlılarına qarşı ilk özünümüdafiə dəstələrini yaradan və ona rəhbərlik edən A.Bağırov həm də Qarabağ müqavimətinin simvolu idi.
Onun Xocalı soyqırımında həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçılarının meyit və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərdən xilas edib.
1992-ci il iyunun 14-də Naxçıvanik kəndindən Ağdama geri qayıdarkən yolda minaya düşərək şəhid olub.
Allahverdi Bağırov ölümündən sonra 24 fevral 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı və “Qızıl ulduz” medalı ilə təltif olunub.
@bakutvxeber
Обсуждение 2
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram