avatar
Baku TV
@bakutvxeber
21.04.2026 23:10
Baku TV 🚇 "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb. Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb. @bakutvxeber
Bakı metropoliteninin "28 May" stansiyasında qatar yoluna düşərək həyatını itirən şəxsin kimliyi müəyyənləşib

Daxili İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qatar yoluna düşən şəxs Elnur İlqar oğlu Ağayevdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, aprelin 21-də saat 20:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası 2004-cü il təvəllüdlü şəxsin həkiməqədər ölüm faktını qeydə alıb.

@bakutvxeber
😢 7
1 1.6K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram