avatar
Baku TV
@bakutvxeber
21.04.2026 18:31
Baku TV Bakı metrosu fəaliyyətini bərpa edib "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib. "Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə metro bəyan edib. @bakutvxeber
Metrodakı hadisədə 2 qadın xəstəxanalıq olub

Bu gün Bakı metrosunda baş verən hadisə səbəbindən iki qadın - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

Baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.

@bakutvxeber
😢 2
2 1.4K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram