🚇
Moskva metrosunun “Sokolniçeskaya” xəttində fövqəladə hadisə baş verib
“Krasnıye Vorota” və “Komsomolskaya” stansiyaları arasında hərəkət edən qatarın relsdən çıxması nəticəsində tuneli qatı tüstü bürüyüb.
Hadisə zamanı qatarda olan 183 sərnişin təcili şəkildə vaqonlardan tunelə, oradan isə stansiyaya təxliyə edilib.
İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər sümük sınığı xəsarəti alıb. Digər sərnişinlər arasında ciddi xəsarət alan olmadığı bildirilir.
Qəza səbəbindən xətt üzrə qatarların hərəkəti tamamilə dayandırılıb. “Krasnıye Vorota” stansiyasını qatı tüstü dumanı bürüyüb.
Mütəxəssislərin ilkin ehtimalına görə, tüstülənməyə boşalmış kabelin qısaqapanma verərək yanması səbəb olub.
Hazırda hadisə yerində xilasedicilər və texniki heyət işləyir, qəzanın dəqiq səbəbləri araşdırılır.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram