avatar
Baku TV
@bakutvxeber
21.04.2026 01:01
Bu gün Xalq artisti, pianoçu Tamilla Mahmudovanın anadan olmasının 95 illiyidir

Tamilla Mahmudova Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, Moskva Konservatoriyasında təhsil alıb. Onun repertuarına Qərbi Avropa və rus klassik bəstəkarlarının ən mürəkkəb, virtuoz əsərləri daxil idi. Qara Qarayevin fortepiano prelüdləri silsiləsinin tam halda ifası bu pianoçunun böyük nailiyyəti olub.

Tanınmış musiqiçi Böyük Britaniya, Belçika, İsveçrə, Hindistan, Macarıstan, Tunis və digər ölkələrdə konsert proqramları ilə çıxış edib. Tamilla Mahmudova “Xalq artisti” fəxri adı, “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış pianoçu 2014-cü ildə vəfat edib.

@bakutvxeber
👍 4
2
1.4K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram