Tramp: ABŞ və İran arasında bağlanacaq razılaşma Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) daha yaxşı olacaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"İranla bağladığımız razIlaşma, (ABŞ-nin sabiq prezidentləri) Barak Obama və Co Bayden tərəfindən tərtib edilib, ölkəmizin təhlükəsizliyi ilə bağlı indiyə qədər bağlanmış ən pis razılaşmalardan biri olan və adətən "İranın nüvə razılaşması" adlandırılan BHFP-dən qat-qat yaxşı olacaq. Bu, nüvə silahına aparan zəmanətli bir yol idi, hansı ki, üzərində işlədiyimiz razılaşma ilə baş verməyəcək və baş verə bilməz. Onlar faktiki olaraq nağd şəkildə 1,7 milyard dollar veriblər... Bundan əlavə, İrana yüz milyardlarla dollar ödənilib", - Amerika lideri bildirib.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram