Ucarda 15 yaşlı yeniyetmə ana olub, cinayət işi başlanılıb
Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, daxil olan məlumata görə Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, aprelin 14-də saat 19:00 radələrində 2011-ci il təvəllüdlü hamilə doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib.
Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib.
@bakutvxeber
Обсуждение 2
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram