avatar
Baku TV
@bakutvxeber
20.04.2026 02:41
🥈🥉 Avropa çempionatının mükafatçıları oldular

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, yarışın sonuncu - XI turunda Azərbaycan qrossmeysterlərinin duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə ediblər.

Son tura lider kimi qədəm qoyan Nicat Abasov ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla bərabərliyə razılaşaraq yarım xalla kifayətlənib.

Eyni xala malik Ukrayna şahmatçısı Roman Deqityarov son turda ispan David Gixarronu məğlub edərək Avropa çempionu olub. 11 turdan sonra hərəyə 8,5 xal toplayan Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüb. Nicat Abasov Avropa çempionatını ikinci, Aydın Süleymanlı isə üçüncü pillədə başa vurub.

Son Azərbaycan çempionu Məhəmməd Muradlı qitə çempionatında 4-cü olub. Hər üç şahmatçı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.

@bakutvxeber
7
1.7K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram