Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda panel müzakirə zamanı deyib.
O, Orta Dəhlizin bu yöndə xüsusi üstünlüyünə diqqət çəkib:
"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük, bununla bərabər biz sülhü də düşünürük. Bölgəmizdə onillər boyu münaqişə mövcud idi. Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq, bu da bizim üçün yeni fürsətlər açır".
Xüsusi nümayəndə Zəngəzur dəhlizinin çox böyük bir layihə olduğunu deyib:
"Zəngəzur dəhlizi reallaşdığı zaman, sadəcə, Azərbaycanla Naxçıvan arasında yol deyil, Asiya ilə Avropa arasında ciddi bir bağlantı rolunu oynayacaq".
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram