avatar
Baku TV
@bakutvxeber
18.04.2026 11:01
Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər

"Report"un məlumatına görə, Ağ Ev rəhbəri Vaşinqtona gedərkən Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.

"Mən bunu (atəşkəs müqaviləsini -red) uzatmaya bilərəm. Blokada qüvvədədir və təəssüf ki, bombalamağa davam etməli olacağıq", - o, Vaşinqton və Tehran mövcud atəşkəs müqaviləsinin çərşənbə günü bitməsindən əvvəl razılığa gələ bilməyəcəkləri təqdirdə, atəşkəsin uzadılması perspektivləri ilə bağlı suala cavabında deyib.

Zənginləşdirilmiş uranın İslam Respublikasından çıxarılması üçün mümkün vaxt barədə şərh verən ABŞ Prezidenti bunun "razılaşma imzalandıqdan sonra bir anda" baş verəcəyini vurğulayıb.

@bakutvxeber
👎 2
🤔 1
1.4K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram