Növbəti ABŞ - İran danışıqları aprelin 20-də Pakistanda baş tuta bilər
"Report"un xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Bununla belə, nəşr görüşün rəsmi tarixinin təyin olunmadığını vurğulayır.
Mənbənin qəzetə verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Trampın danışıqlar qrupu hazırlıq vəziyyətindədir və iştirak etməyə hazırdır.
Nəşr vurğulayır ki, həftəsonu tərəflər arasında bir neçə mərhələli məsləhətləşmələr keçirilib, lakin mövcud münaqişəni həll edə biləcək əhəmiyyətli irəliləyiş əldə olunmayıb.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram