avatar
Baku TV
@bakutvxeber
17.04.2026 20:05
Aİ Bakı və İrəvan arasındakı sülh prosesinə daha çox cəlb olunmağa can atır

Bu barədə "Report"un Avropa bürosuna Aİ-nin yüksək vəzifəli nümayəndəsi aprelin 21-də keçiriləcək görüşün gündəliyinin həmin hissəsi haqqında danışarkən bildirib.

"Mənə elə gəlir ki, hamı Ermənistan və Azərbaycan arasındakı sülh sazişini mümkün olduğu qədər dəstəkləməyə can atır. O, çox böyük əhəmiyyət kəsb edir və onun həyata keçirilməsi, həqiqətən də, bu işə öz töhfəsini verə biləcək hər kəs üçün mütləq bir vəzifədir",

- o bildirib.

Azərbaycanla qarşılıqlı əlaqələrə gəldikdə, Aİ-də dəyişən regional dinamika fonunda praqmatik əməkdaşlıq üçün imkanlar görürlər.

Nazirlərin bu şəraitdə Bakıya qarşı gələcək yanaşmanın necə qurulacağını, o cümlədən gələcəkdə mümkün dialoq formatlarını müzakirə edəcəkləri gözlənilir.

@bakutvxeber
👍 2
1
1 1.4K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram