avatar
Baku TV
@bakutvxeber
17.04.2026 00:59
17 aprel – Ümumdünya Hemofiliya Günüdür

Hemofiliya valideynlərin genləri ilə ötürülən nadir anadangəlmə xəstəlikdir.

Bu xəstəliyə başqalarından yoluxma mümkün deyil. Hemofiliyalı xəstələrin qanında laxtalanma faktoru çatışmadığından onlarda qanaxma sağlam insanlara nisbətən daha uzun müddət davam edir.

Hemofiliyaya bəzən ailələrində bu xəstəlik olmayan insanlarda da rast gəlinir. Bu zaman xəstəliyə insanın öz genlərindəki dəyişikliklər səbəb olur. Hemofiliya ilə yalnız kişilər xəstələnir, genin ötürücüləri isə qüsurlu genin daşıyıcısı qadınlar olur.

Ümumdünya Hemofiliya Gününün keçirilməsi təşəbbüsü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Hemofiliya Federasiyasına məxsusdur və ilk dəfə 1989-cu ildə keçirilib.

@bakutvxeber
👍 3
1
2 1 1.5K

Обсуждение 2

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram