avatar
Baku TV
@bakutvxeber
16.04.2026 21:29
“Euronews” Azərbaycanda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb

Reportajda dünyada bir milyarddan çox insanın qeyri-adekvat bölgələrdə yaşadığı və WUF13-ün bu problemin həlli istiqamətində mühüm platforma olduğu diqqətə çatdırılıb.

“Azərbaycan ev sahibi kimi məskunlaşma sahəsində, xüsusilə postmünaqişə dövründə yenidənqurma məsələləri ilə bağlı öz təcrübələrini bölüşəcək”,

- reportajda deyilir.

Eyni zamanda, Azərbaycanda məskunlaşma sahəsinin yenidənqurma ilə sıx bağlı olduğu bildirilib.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Euronews”a müsahibəsində məqsədin sadəcə ev tikmək yox, həm də əhali üçün doğmalıq atmosferinin yaradılması olduğunu deyib.

“Doğmalıq hissi insanları yaşamağa, ictimaiyyətə bağlayır”,

- o qeyd edib.

Emin Hüseynov məskunlaşma prosesində evlərin tikilməsi ilə yanaşı, iş yerlərinin açılması, sosial həyatın və iqtisadi rifahın təmin olunmasının əhəmiyyətindən danışıb.

Daha ətraflı izləmək üçün: https://youtu.be/T0sCX2IPaPk?si=LRzFiChpUbfkvBPT

@bakutvxeber
👍 2
1.6K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram