avatar
Baku TV
@bakutvxeber
16.04.2026 20:55
İsrail və Livan 10 günlük atəşkəs elan edir

ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın bu gündən etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Livan və İsrail liderləri ilə telefon danışıqlarının yekunlarına əsasən "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən indicə Livanın çox hörmətli Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı danışıqlar apardım. Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün Şərq vaxtı ilə axşam saat 5-də rəsmi olaraq 10 günlük atəşkəs rejimi tətbiq edəcəkləri barədə razılığa gəldilər",

- Tramp bildirib.

@bakutvxeber
👍 4
1
1.5K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram