avatar
Baku TV
@bakutvxeber
16.04.2026 16:16
‼️Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlıq üzrə sənədlər imzalayıb

Zəngilan şəhərində keçirilən Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində sənədlərin imzalanma mərasimi baş tutub.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, sənədləri iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçuk imzalayıblar.

Sənədlər iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

@bakutvxeber
👍 3
2
1 1.5K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram