“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub
Təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək, son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə, dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, layihənin əsas məqsədi uşaqlara düzgün dəyərləri aşılamaqdır. “Biz istəyirik ki, uşaqlar dostluğu düzgün seçməyi, doğru qəhrəmanları tanımağı və ən əsası, güvənə biləcəkləri insanları ayırd etməyi öyrənsinlər”, – deyə o vurğulayıb.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram