avatar
Baku TV
@bakutvxeber
15.04.2026 20:51
Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

Bu barədə XİN-in "X" social şəbəkə hesabında paylaşım edilib.

"Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk.

Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq", - paylaşımda deyilir.

@bakutvxeber
👍 3
1 1 1.6K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram