Pakistanda növbəti həftə ABŞ-İran danışıqları bərpa edilə bilər
"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Danışıqların yeni raundunun aprelin 11-12-də İran və ABŞ nümayəndələrinin görüşünün keçirildiyi Pakistanın paytaxtı İslamabadda baş tutacağı gözlənilir.
"The Wall Street Journal" bildirib ki, ABŞ və İran yeni danışıqlar raundu keçirməyə razılaşıblar, lakin görüşün dəqiq tarixi və yeri hələ müəyyən edilməyib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların yaxın iki gün ərzində bərpa oluna biləcəyini bəyan edib.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram