avatar
Baku TV
@bakutvxeber
15.04.2026 08:17
Baku TV KİV: Tramp İrana qarşı əməliyyatın başa çatdığını bildirib Bu barədə "Fox News" telekanalının jurnalisti Mariya Bartiromo dövlət başçısı ilə müsahibədən sonra məlumat verib. ​"Tramp əməliyyatın başa çatdığını bildirdi", - deyə jurnalist qeyd etsə də, əlavə təfərrüat açıqlamayıb. @bakutvxeber
‼️Tramp: İran münaqişəsi sona yaxınlaşır

Amerika Prezidenti Donald Tramp ABŞ ilə İran arasındakı münaqişənin sona yaxınlaşdığını, lakin hələ bitmədiyini bildirib.

"Report"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Fox News"a müsahibəsində deyib.

"Düşünürəm ki, sona yaxınlaşır, bəli", - o deyib.

Telekanal müsahibənin fraqmentlərini yayıb və tam versiyası daha sonra yayımlanacaq. Jurnalist Mariya Bartiromo daha əvvəl Trampın İran münaqişəsinin bitdiyini elan etdiyini bildirib.

"Hələ qurtarmamışıq. Görək nə olacaq. Düşünürəm ki, onlar razılaşma əldə etməyi çox istəyirlər", - Tramp deyib. O, əlavə edib ki, Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün İrana hücum etməli olub: "Onların diqqətini yayındırmalı idim, çünki etməsəydim, hazırda İran nüvə silahına sahib olardı".

@bakutvxeber
👍 2
🥴 2
1
🤡 1
1.6K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram