‼️Azərbaycan XİN: Minatəmizləmə işlərində geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, minalar Azərbaycanda həyat almaqda davam edir:
"14 aprel tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların davam edən insan itkisini və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi təhlükələri kəskin şəkildə xatırladır".
@bakutvxeber
Обсуждение 1
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram