avatar
Baku TV
@bakutvxeber
14.04.2026 04:23
"ABŞ İrandakı məqsədlərinə çatıb"

Amerika administrasiyası hesab edir ki, İrana qarşı hərbi əməliyyatın vəzifələri yerinə yetirilib və münaqişənin sonlandırılmasına başlamaq vaxtı çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində bildirib.

"Mən, həqiqətən, hesab edirəm ki, biz tapşırıqlarımızın yerinə yetirildiyi bir vəziyyətə gəlib çatmışıq. Biz bunu yekunlaşdırmağa başlaya bilərik", - o qeyd edib.

Bununla yanaşı, Vens münaqişəni "uğurlu danışıqlar"la başa çatdırmağa üstünlük verəcəyini vurğulayıb.

O həmçinin İranın "ABŞ-də narahatlıq doğuran" nüvə proqramı məsələsinə də toxunub:

"Buna görə də biz bu materialı (zənginləşdirilmiş uranı - red.) ölkədən tamamilə çıxarmaq istərdik ki, o, Birləşmiş Ştatların nəzarəti altında olsun... İranlıların nüvə silahına sahib olmaq niyyətində olmadıqlarını deməsi bir məsələdir, bunun baş verməyəcəyini təmin edən mexanizm yaratmağımız isə başqa bir məsələdir. Şübhəsiz ki, onların uranı zənginləşdirmək imkanının olmamasına zəmanət vermək də bunun bir hissəsidir".

@bakutvxeber
2
👎 1
🤡 1
1.4K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram