avatar
Baku TV
@bakutvxeber
13.04.2026 20:19
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündə Azərbaycanın AQEM-dəki liderliyini yüksək qiymətləndirib

Bu barədə "Report" Sarıbayın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

"Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Azərbaycanın AQEM-dəki güclü liderliyini, o cümlədən təşkilatın transformasiyasındakı mühüm irəliləyişi yüksək qiymətləndirdim. Qarşıdan gələn AQEM sammitinə və AQEM Media Forumuna hazırlıq məsələlərini müzakirə etdik"

, - o yazıb.

Sarıbay, həmçinin Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşüb, tərəflər AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə ediblər.

"Güclü gənclər təşəbbüslərinə əsaslanaraq, AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə etdik. Gənclər gündəliyini necə genişləndirmək, o cümlədən peşə təhsili sahəsində ən yaxşı təcrübələr və könüllülükdə gənclərin rolu barədə fikir mübadiləsi apardıq"

, - o qeyd edib.

@bakutvxeber
1
👍 1
1.3K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram