avatar
Baku TV
@bakutvxeber
13.04.2026 09:14
KİV: Yaxın günlərdə ABŞ-İran danışıqlarının ikinci raundu olacaq

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qəzet həmçinin qeyd edib ki, region ölkələri gərginliyi cilovlamaq və gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır.

Bununla əlaqədar olaraq, Pakistanın "Arab News" nəşrinin jurnalisti diplomatik mənbələrə istinadən iddia edib ki, növbəti mərhələ üçün hazırlıq gedir və ABŞ-İran danışıqlarının yaxın günlərdə Pakistanın yardımı ilə ya İslamabadda, ya da Avropanın hər hansı başqa bir yerində bərpa olunacağı ehtimal edilir.

@bakutvxeber
👍 1
1.6K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram