avatar
Baku TV
@bakutvxeber
11.04.2026 13:18
‼️ABŞ və İran arasında İslamabadda (Pakistan) danışıqlar bir gün davam edəcək

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Agentlik həmçinin, ABŞ KİV-lərinin danışıqların bir neçə gün davam edə biləcəyi barədə məlumatını təkzib edib.

"Hazırda danışıqların bir gün davam etməsi planlaşdırılır", - "Tasnim" qeyd edib.

Eyni zamanda, "Al-Khadath" telekanalı bildirib ki, ABŞ və İran tərəflərinin danışıqları Pakistan vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlayacaq.

Danışıqların keçirilməsindən əvvəl İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcək, görüş yerli vaxtla saat 13:00-dan (Bakı vaxtı ilə 12:00) sonra başlayacaq.

@bakutvxeber
4
2 1.3K

Обсуждение 2

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram