avatar
Baku TV
@bakutvxeber
10.04.2026 21:42
Tramp: İranla razılaşma baş tutmasa, ABŞ ən yaxşı silahları tətbiq etməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı gərginlik fonunda hərbi hazırlığın gücləndirildiyini bəyan edib və danışıqların uğursuz bitəcəyi təqdirdə güc tətbiqini istisna etməyib

Bu barədə "The New York Post" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla təchiz edilir.

"Biz gəmiləri indiyədək yaradılmış ən yaxşı silahla yükləyirik... Əgər razılaşma baş tutmasa, biz ondan çox səmərəli şəkildə istifadə edəcəyik", - Tramp vurğulayıb.

O qeyd edib ki, yaxın sutka ərzində İranla danışıqların uğurlu olub-olmayacağı bilinəcək. "BU, təxminən 24 saatdan sonra, tezliklə aydın olacaq", - o bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Qeyd edək ki, ABŞ və İran danışıqları aprelin 11-də Pakistanda keçiriləcək.

@bakutvxeber
👍 1
1 1 1.5K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram