avatar
Baku TV
@bakutvxeber
10.04.2026 14:03
‼️İstilik təchizatı şəbəkələri üzrə yeni tələblər təsdiqlənib

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Tələblərə əsasən istilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, həmin zonalarda təsərrüfat işlərinin aparılmasına dair tələblər nəzərdə tutulmuşdur.

Mühafizə zonalarının ölçüləri yeraltı, yerüstü şəbəkələrdən və açıq istilik təchizatı sistemlərindən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər şaquli və üfüqi məsafələrə əsasən müəyyən edilir.

@bakutvxeber
👍 3
1.3K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram