avatar
Baku TV
@bakutvxeber
10.04.2026 01:00
Tanınmış şair, bəstəkar Xanım İsmayılqızının anadan olmasının 70 illiyidir

Qarayeva Xanım İsmayıl qızı 1956-cı il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Atası əslən Goranboydan, anası isə Xızıdandır. ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir (1979).

Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, ilk şeri "Yol" qəzetində dərc olunmuşdur (1991). Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınamışdır. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlamış, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunmuşdur.

AzTV-də və ilk müstəqil telekanal olan BMTİ-də "Dünyam qəfil işıqlansa" adlı müəllif verilişi ilə çıxış etmişdir (1992-1993). "Kimlər keçir bu dünyadan" ilk nəşr olunan kitabıdır (1996). Vasili Şukşinin "İlan zəhəri" adlı əsərini tərcümə etmişdir. Dünya işığından məhrum olan insanların-gözdən əlillərin dünyasından, daxili aləmindən bəhs edən "Ruhun da gözü var" adlı fəlsəfi-publisistik əsəri, Pristavkinin "Qızılı bulud gecələri" və Leonid Andreyevin "İblisin gündəliyi" adlı tərcümə kitabları nəşr üçün təqdim edilib. Şair kimi ilk dəfə bəstəkar Faiq Sücəddinovla əməkdaşlıq etmişdir. F.Sücəddinovun onun sözlərinə yazdığı "Harda qaldın" mahnısı şair kimi onun vizit vərəqinə çevrildi. Mahnı bəstəçisi kimi ilk işi "Sevgimizi qoruyaq" mahnısıdır (1986). Efirdə ilk səslənən manhısı da məhz "Sevgimizi qoruyaq"dır (1994). Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" pyesinə yazdığı musiqi bəstəkarın ilk iri həcmli əsəridir. 300-dən çox mahnının müəllifidir.

1999-cu ildə "Respublika" Sarayında solo konserti keçirilmişdir. Xanım İsmayılqızı Azərbaycan yazıçısı İsmayıl Qarayevin qızı, məşhur pedaqoq, böyük müəllim “Şöhrət” ordenli Sona xanım Tağıyevanın bacısı qızıdır.

@bakutvxeber
👍 5
3
1 1.5K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram