Dağıstan və Çeçenistanda intensiv yağışların səbəb olduğu daşqınların ağır nəticələrinə görə fövqəladə hal rejimi regional səviyyədən federal səviyyəyə qaldırılıb
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov hökumət komissiyasının iclasında bildirib.
O, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını koordinasiya etmək üçün Dağıstana gəlib. Respublika rəhbəri Sergey Melikovun sözlərinə görə, Dağıstanda daşqından 6,2 mindən çox insan zərər çəkib.
@bakutvxeber
Обсуждение 1
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram