avatar
Baku TV
@bakutvxeber
09.04.2026 18:29
SOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın "Itochu" Korporasiyası arasında əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və "Itochu"nun baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşdə aparılıb.

Görüşdə SOCAR ilə "Itochu" arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən kəşfiyyat, hasilat və neft-kimya sahələri üzrə əməkdaşlıq imkanlarına, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

@bakutvxeber
👍 3
👏 1
1 1.4K

Обсуждение 1

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram