Paytaxtın iki prospektində hərəkət məhdudlaşdırılacaq
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, təmir işləri vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XIII Sessiyasına (WUF13) hazırlıq işləri ilə əlaqədardır.
Bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:
- Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücü üzərində;
- Ziya Bünyadov prospektində (metronun "Koroğlu" stansiyası istiqamətində).
İşlərin icra tarixi və müddəti:
- Aprelin 9-da saat 23:00-dan aprelin 10-da saat 07:00-dək
- Aprelin 10-da saat 23:00-dan aprelin 11-də saat 07:00-dək.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram