‼️İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir
Bunu Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı "X" hesabındakı paylaşımında bildirib.
Baş nazir qonaqpərvərliyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Onun sözlərinə görə, Litva Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək imkanına sahib olmaqdan məmnunluq duyur:
"Litva təhlükəsizliyin, sabitliyin və iqtisadi rifahın gücləndirilməsi məqsədilə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir və bu istiqamətdə enerji əməkdaşlığını əsas prioritetlərdən biri hesab edir. Artan qeyri-sabitlik və Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi şəraitində ölkələrimiz arasında əməkdaşlıq daha da vacibdir".
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram