�
Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb
"Report"un məlumatına görə, bu barədə Amerika lideri özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Artıq çoxdan, bütün yalan ritorikaya rəğmən, razılaşdırılıb - nüvə silahı olmayacaq, Hörmüz boğazı isə açıq və təhlükəsiz olacaq", - Ağ Ev rəhbəri qeyd edib.
Tramp həmçinin əlavə edib ki, ABŞ Silahlı Qüvvələri hazırda "resurslarını bərpa edir və yeni fəthlərin gözləntisi ilə istirahət edir".
Bununla belə, o qeyd edib ki, ölkənin bütün hərbi texnikası və hərbi qulluqçuları İran ətrafındakı mövqelərində qalacaqlar.
"Əgər hər hansı bir səbəbdən o (razılaşma - red.) yerinə yetirilməsə - bu, son dərəcə az ehtimal olunur - o zaman əvvəlkindən daha güclü, daha genişmiqyaslı və daha qüdrətli şəkildə "atışma başlayacaq", - ABŞ Prezidenti vurğulayıb.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram