avatar
Baku TV
@bakutvxeber
09.04.2026 02:55
Vens: İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək

Bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. ABŞ Prezidenti Donald Tramp aydın şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə, öz növbəsində, boğazı açmalıdırlar. Əgər bu baş verməsə, əgər İran razılaşmanın özünə aid hissəsinə əməl etməsə, prezident də razılaşmanın özünə aid hissəsinə əməl etməyəcək", - o bildirib və qeyd edib ki, əgər Tehran xoş niyyətlə danışıqlar apararsa, ABŞ İrandan uranın zənginləşdirilməsindən imtina etməsi ilə bağlı tələblərinə düzəlişlər etməyə hazırdır.

Vens həmçinin vurğulayıb ki, Vaşinqton Tehrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib və tərəflər arasında anlaşılmazlıq mövcuddur.

@bakutvxeber
👍 3
1
3 1.6K

Обсуждение 3

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram