avatar
Baku TV
@bakutvxeber
08.04.2026 10:57
❗️Aeroport yolunda avtomobil aşdı

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.

Hər hansısa bir sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu artıq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir. Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə, ağır nəticələrə səbəb olduqda isə cinayət məsuliyyəti yaradır.

Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonu, Aeroport şosesində baş verən bu qəzada olanlar da bir qisim sürücüyə tanış mənzərədir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün müşahidə kamerasının qeydə aldığı qəza anına baxıb nəticə çıxarmağınızı tövsiyə edirik.


@bakutvxeber
2
👍 1
3 1 1.7K

Обсуждение 3

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram