avatar
Baku TV
@bakutvxeber
07.04.2026 23:26
Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib

Bu barədə rumıniyalı jurnalist Emanuel Roşu bildirib.

Məşhur mütəxəssisin 80 yaşı var idi.

​Mirça Luçesku təkcə Rumıniya futbolunun deyil, həm də dünya futbolunun ən parlaq simalarından biri idi. O, karyerası ərzində qazandığı 35-dən çox titulla futbol tarixinə adını qızıl hərflərlə yazdırıb.

​Həm “Qalatasaray”, həm də “Beşiktaş” klublarını Türkiyə çempionu edib. “Qalatasaray” ilə 2000-ci ildə UEFA Superkubokunu qazanaraq tarixi uğura imza atıb.

Ukrayna təmsilçisi “Şaxtyor Donetsk” klubunda 12 il keçirərək klubu Avropa nəhənginə çevirib və 2009-cu ildə UEFA Kubokunu başı üzərinə qaldırıb.

​O, karyerası boyunca “Dinamo Kiyev”, “İnter”, “Zenit” və “Rapid Buxarest” kimi tanınmış klubları, həmçinin Rumıniya və Türkiyə milli komandalarını çalışdırıb.

@bakutvxeber
😢 6
👎 1
11 1 1.9K

Обсуждение 11

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram