avatar
Baku TV
@bakutvxeber
07.04.2026 18:11
Sabah güclü külək əsəcək

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz, Cəbrayıl, Ağstafa, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Xızı, Hacıqabul, Salyan, Şirvan, Biləsuvar, Cəlilabad, Neftçala, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Quba, Lənkəranda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustanda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

@bakutvxeber
3
👍 1
🤬 1
5 1.8K

Обсуждение 5

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram