Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub
Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.
Muzeyin "Gürcüstanda Daş dövrü" ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox Daş dövrü abidəsi qeydə alınıb. Ekspozisiyada Dmanisidə (Kvemo Kartli bölgəsi) aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. "Arxeoloji xəzinə" ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur.
Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirib.
@bakutvxeber
Обсуждение 0
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram