‼️Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib.
Qeyd olunub ki, muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.
@bakutvxeber
Обсуждение 2
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram