avatar
Baku TV
@bakutvxeber
06.04.2026 14:20
Ağdam-Xankəndi dəmir yolunda əsas tikinti işlərinin başa çatacağı vaxt məlum olub

Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işlərinin əsas hissəsinin bu ilin dekabrında başa çatacağı gözlənilir.

"Report"un əldə etdiyi məlumata görə, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometr təşkil edir.

Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) inşası nəzərdə tutulur. Bu 3 stansiya bu xətt ən müasir standartlar əsasında ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcək.

Bu layihə ilə 123 ədəd mühəndis qurğusu, 28 kilometr rabitə və işarəetmə sistemi yaradılacaq.

@bakutvxeber
5
1 1.2K

Обсуждение 0

Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.

Обсудить в Telegram

Baku TV

27.2K
Baku.tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayır
Открыть в Telegram