‼️Vergi rəsmisi: "Qanunvericilikdəki son dəyişikliklər bəzi hallarda ictimaiyyətdə yanlış şərh edilib"
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi vergi yükünün artırılması deyil, onun optimallaşdırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır: "Muzdlu gəlirlər üzrə tətbiq edilən yeni yanaşma daha yumşaq və mərhələli vergi rejiminin formalaşdırılmasına xidmət edir. Eyni zamanda kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb. Bu gəlirlər əvvəllər də vergiyə cəlb olunurdu və tətbiq edilən dərəcə 14 % idi. Yeni dəyişikliklərlə isə bu göstərici 10 %-ə endirilib. Məqsəd kirayə bazarında vergi yükünü azaltmaqla leqallaşmanı təşviq etməkdir".
@bakutvxeber
Обсуждение 3
Обсуждение не доступно в веб-версии. Чтобы написать комментарий, перейдите в приложение Telegram.
Обсудить в Telegram